Üstəlik, Kemeron səfərinə regionda İrana ən yaxın ölkə olması ilə diqqət çəkən Tacikistandan başlayıb. Böyük Britaniyanın xarici işlər naziri Tacikistanda bəyan edib ki, onlar qarşılıqlı əlaqələri inkişaf etdirməyə yönəlmiş proqramların maliyyələşdirilməsini üç dəfə artırırlar. Kemeron daha sonra Qazaxıstana səfər etdi.
Aydındır ki, məqsəd eynidir: Rusiya qarşısında Britaniyanın təsirini artırmaq. Məlumata görə, Qazaxıstanda artıq kifayət qədər nəzərəçarpan Britaniya varlığı, Britaniya kapitalının iştirakı ilə fəaliyyət göstərən 600-ə yaxın şirkət və təşkilat var. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Astanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini təklif etdiyini, rəsmi Bakının bununla razılaşdığını açıqlayıb.
İrəvan hələlik bu bəyanatı şərh etməyib, amma Qazaxıstanın belə bir funksiyaya sahib olacağını Tokayevin Bakıya səfərindən iki həftə sonra Qazaxıstanın xarici işlər naziri Ermənistana, bundan iki həftə sonra isə Tokayevin özü gələndə müşahidə etmişdik. Prezident İlham Əliyev onu da bildirib ki, söhbət Qazaxıstanın vasitəçiliyindən deyil, sadəcə görüş platformasından gedir.
Görüş yerləri təsadüfi seçilmir. Ona görə də Bakı ilə İrəvan arasında orada görüşmək barədə razılıq əldə olunarsa, böyük ehtimalla demək olar ki, ən azından hansısa paralel xətt məsələsi var. Burada əsas sual ondan ibarətdir ki, Astana kimin üçün bu paralel xətti açmağa çalışır və İlham Əliyevin Böyük Britaniyanın xarici işlər nazirinin Astanaya səfəri ərəfəsində Qazaxıstanın təklifini bəyəndiyini açıqlaması sırf xronoloji xarakter daşıyırmı?
Yeri gəlmişkən, həmin ərəfədə Ermənistanın Baş nazirinin İrəvanda bir sıra Britaniya KİV-lərinin diqqət mərkəzində olması, onlara müsahibə verməsi də diqqətçəkən məqam idi.
Ötən ilin sonunda Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti Bakıda Orta dəhlizin, yəni Mərkəzi Asiya-Azərbaycan-Türkiyə xəttinin formalaşdırılmasının Britaniya üçün strateji prioritet olduğunu bəyan edib.
Asif Cəfərov
Ordu.az